Astarada 3 yaşlı körpə dərmandan boğuldu
Astarada 3 yaşlı qız bədbəxt hadisə nəticəsində ölüb. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Artoba kəndində baş verib.
3 yaşlı Həlimə Ağazadə xəstə olduğu üçün valideynləri tərəfindən ona dərman verilib. Dərman 4 yerə bölünüb bir parası Həliməyə verilsə də, bir qədər sonra uşağın vəziyyəti pisləşib. Məlum olub ki, qəbul etdiyi dərmanın boğazında qalması nəticəsində körpə boğularaq ölüb.
Körpənin meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə yerləşdirilib. Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
11:02
293
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
17:05
972
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
1079
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
1017
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
14:39
1180
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10:29
1246