Qanunsuz ov edən Sabirabad sakini yaxalandı

Sabirabadda qanunsuz ov edən rayon sakini saxlanılıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, rayon polis şöbəsinin əməkdaşları qanunsuz ovun qarşısının alınması üçün rayon ərazisində reyd keçirib.

 

Reyd zamanı lazımi icazəsi olmadan və limitdən artıq ov edən Qasımbəyli kənd sakini Yusif Əhmədov saxlanılıb. Araşdırma  zamanı  məlum olub ki, ovçunun silahı qanuni olsa da, onun ov etməyə müvafiq icazəsi olmayıb.

 

Polis saxlanılan şəxsdən 21 ədəd qaşqaldaq müsadirə edib.

 

Saxlanılan şəxs icazəsi olmadan ov etməsini etiraf etsə də, ovçuluq etdiyi uzun müddət ərzində ilk dəfə saxlanıldığını deyib.

 

Polis əməkdaşları ekoloji tarazlığın qorunması üçün bu kimi reydlərin davamlı olaraq  keçiriləcəyini bildiriblər. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Elvin Yaqubov

OXŞAR XƏBƏRLƏR