32 yaşlı oğlan özünü güllələdi
Zərdab rayon Burunlu kənd sakini 32 yaşlı Rafiq Qurbanov evlərində saxladığı təklülə, yəni 16 kalibrli ov tüfəngi ilə özünə xəsarət yetirib. Ucar Rayon Mərkəzi Xəstəxanasına catdırılan yaralının vəziyyəti ağır olduğundan dərhal əməliyyat edilib. APA TV-nin xəbərinə görə, yaralının vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Rafiq Qurbanov valideynləri rəhmətə gedən sonra 51 yaşlı bacısı Gülnarə Qurbanova ilə birgə yaşayır. Həmin şəxsin subay və işsiz olduğu, maddi çətinlik içində yaşadığı bildirilir. Hadisə günü spirtli içki içdiyini və özünə qəsd etdiyi iddia edilir. Ağır vəziyyətdə olan yaralı belə deyib:" Həyatımdan bezmişəm".
Hazırda faktla bağlı Zərdab rayon polis şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:46
326
Naxçıvandakı 300 İLLİK EVİN SİRRİ: Bu evdə ermənilər də yaşayıb
15:19
450
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”
13:43
457
Prezident Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi
15:08
1166
Sabaha gözlənilən hava proqnozu açıqlandı
14:45
1130
İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi
12:38
1122