Müdafiə Nazirliyi: Hərbçilərimizin meyitləri ermənilərin əlində deyil
Müdafiə Nazirliyi ermənilərin həlak olan Azərbaycan hərbçilərinin meyitlərinin qaytarılmasına hazır olduqları barədə yaydıqları məlumatlara münasibət bildirib.
Müdafiə Nazirliyindən APA TV-yə bildirilib ki, bu, erməni tərəfinin hadisəni spekulyasiya etməsidir: “Həlak olan hərbçilərimizin meyitləri ermənilərin əlində deyil ki, onlar da cəsədləri bizə qaytarsınlar. Həmin ərazi Silahlı Qüvvələrimizin nəzarəti altındadır. Beynəlxalq vasitəçilərin orada olması isə əlavə qan tökülməməsi üçün atılan addımdır. Ermənistan tərəfinin bu cür məlumatlar yayması, bəzi yerli saytların da bunu tirajlaması hazırda həyata keçirilməkdə olan humanitar əməliyyatın pozulmasına yönəlmiş addımdır".
OXŞAR XƏBƏRLƏR
11:02
298
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
17:05
975
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
1082
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
1017
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
14:39
1180
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10:29
1246