Ərdoğan martda Rusiyaya səfər edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfər edəcək. APA TV-nin xəbərinə görə, bu barədə "İnterfax" Türkiyənin Rusiyadakı səfirliyindəki mənbələrə istinadən məlumat yayıb.

 

Səfərin martın 9-10-da baş tutacağı bildirilir. Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə görüşəcəyi və iki ölkə arasındakı münasibətləri müzakirə edəcəyi bildirilir.

 

Ötən ay Türkiyənin Rusiyadakı səfiri Hüseyn Diriöz bildirib ki, iki ölkə arasındakı diplomatik gərginlikdən sonra 2016-cı ildə münasibətlər normallaşsa da, əlaqələri inkişaf etdirmək üçün liderlər yenidən görüşəcək və Suriyada atəşkəsin əldə olunması üçün birlikdə işləyəcəklər.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR