Cəbhə kəndində ev yandı
Ağdamın cəbhə kəndində ev yanıb. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Mirəşelli kəndində baş verib.
Qasımov Eldar İsrafil oğluna məxsus yaşayış evində çıxan yanğın yanğınsöndürənlərin köməyi ilə söndürülüb. Alovu söndürmək üçün hadisə yerinə iki yanğınsöndürən briqada cəlb olunub.
Evdə yanğın baş verən zaman ev sahibləri evdə olmayıb. Eldar Qasımov APA TV-yə bildirib ki, gecə ermənilər kəndi atəşə tutduğu üçün evlərindən çıxaraq, yaxınlıqdakı kəndlərə gedib. Yanğın xəbərini onlara qonşular deyib.
Yanğının dəqiq səbəbi araşdırmalardan sonra məlum olacaq.
OXŞAR XƏBƏRLƏR
11:02
296
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
17:05
973
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
1081
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
1017
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
14:39
1180
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10:29
1246