El-Babda Azad Suriya Ordusu ilə Əsəd qüvvələri arasında döyüş gedir

Əl-Babın cənubunda Azad Suriya Ordusu ilə Əsədə məxsus ordu arasında döyüş baş verib.

 

APA TV-nin məlumatına görə, Tadifdə qeydə alınan döyüşdə Əsəd ordusu 22 hərbçi itirib.

 

Hadisə barəsində müxaliflər sosial mediadan açıqlama verib.

 

Əl-Babın Türkiyə Silahlı Qüvvələrinin dəstəklədiyi müxaliflər tərəfindən ələ keçirilməsindən sonra İŞİD terrorçuları Tadif bölgəsinə yerləşmişdi. Daha sonra terrorçular ərazini Əsəd qoşunlarına döyüşsüz təslim edərək geri çəkilmişidi.

 

"Fərat qalxanı" hərəkatında döyüşən müxaliflərlə Əsədə məxsus qruplar arasında bundan öncə Əl-Babın cənub-qərbindəki Əbu Zeydin kəndində döyüş olmuşdu.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR