Səlim Müslümov: "Azərbaycanda yoxsulluğun səviyyəsi 5-6% təşkil edir"
"Ölkədə işsizlik səviyyəsinin əvvəlki illərdə təmin edilmiş 5% civarında saxlanılmasını ən böyük uğurlardan biri kimi dəyərləndiririk". APA TV-nin xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Dövlət Məşğulluq Xidmətinin əməkdaşları üçün keçirilən üç günlük seminarda deyib.
O bildirib ki, 2016-cı il ərzində 56 600 nəfər şəxs dövlət məşğulluq orqanları tərəfindən işlə təmin edilib. Bu da 2015-ci illə müqayisədə 2 dəfə çoxdur: "Sosial məsuliyyət prinsipi əsasında dövlət şirkətlərində, icra hakimiyyəti orqanlarında yeni iş yerlərinin açılması və insanların bu iş yerlərinə cəlb edilməsi prosesi, davam edir. Məndə olan ilkin məlumata görə, artıq 2 ay ərzində 40 minə yaxın belə insan iş yeri ilə təmin edilib".
Nazir əlavə edib ki, bütün bunların müqabilində Azərbaycanda yoxsulluğun səviyyəsi 5-6% təşkil edir: "Bu göstəriciyə görə bu gün Azərbaycan həm MDB dövlətləri arasında, həm Şərqi Avropa dövlətləri içərisində öndə gedən yerlədən birini tutur".
Millət vəkili Hadı Rəcəbli isə bildirib ki, sosial müdafiə üçün bir nömrəli məsələ məşğulluqdur: "Yadınıza gəlir, mən bir dəfə demişdim ki, kəndlərdə adamlara müavinət əvəzinə qoyun verilsin. Nə qədər onu müzakirə etdilər, mənfi mənada müzakirə edirdilər. Amma zaman təsdiq etdi ki, bu nə qədər vacib məsələdir. Hətta Özbəkistanın prezidenti toyuq paylamağı təklif etdi. Bu yeniliklər qəbul olunmaq istəmir, amma zaman keçir, görürlər ki, nə qədər əhəmiyyətlidir".
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev isə bildirib ki, məşğulluq problemlərinin həllində narahatlıq doğuran hallar da mövcuddur. Bunlar əsasən əmək bazarında tələb və təklif arasında uyğunsuzluq, işçilərin sahələr üzrə bölüşdürülməsində qeyri-mütənasiblik, gənclər arasında işsizlik səviyyəsinin artmasıdır.
OXŞAR XƏBƏRLƏR
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ