Xaçmazda evlərdən oğurluq edən qızla oğlan tutuldu

Xaçmaz rayonunda yaşayış evindən oğurluq edən şəxslər saxlanılıb.

 

APA TV-nin şimal bürosunun məlumata görə, Bakı şəhər sakini Musayeva Cəmilə Nəbi qızı və Xaçmaz şəhər sakini Etibar Cavadovun rayon ərazisində yaşayış evlərində oğurluq etməsi ilə bağlı Xaçmaz rayon Polis Şöbəsinə məlumat daxil olub.

 

Xaçmaz RPŞ-nin, Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış bölməsinin, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları ilə birlikdə keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində həmin şəxslər saxlanılıb. Onlar Xaçmaz şəhəri, Şıxəli Qurbanov küçəsində Əsli Mərdanovaya məxsus evdən giriş qapısını açaraq qanunsuz evə daxil olmaqla iki ədəd xalça, bir ədəd ətçəkən maşın, bir ədəd çaydan və 15 ədəd stəkanı oğurlayıb. İstintaq zamanı hər iki şəxs törətdiyi əməli etiraf edib.

 

Müstəntiq Elxan Allahverdiyev bildirib ki, faktla bağlı Cinayət Məcəlləsinin 177.2.1, 172.3 maddələri ilə cinayət işi açılıb. Bu maddələrlə saxlanılan şəxsləri 3 ildən 7 ilədək həbs cəzası gözləyir.

 

Araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Vəli Turan

OXŞAR XƏBƏRLƏR