Hava yenə yağmursuz olacaq

Bakı və Abşeron yarımadasında fevralın 28-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi gündüz şimal küləyi ilə əvəz olunacaq.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, havanın temperaturunun gecə 2-5 dərəcə isti, gündüz 8-13 dərəcə isti, Bakıda gecə 3-5 dərəcə isti, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5 dərəcə isti, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR