Salyanda dəhşət: ər və arvad yanaraq öldülər
Salyan rayonunun Şəkərli kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 kv. m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, yanğının kəşfiyyatı zamanı ev sahibi, 1943-cü il təvəllüdlü Əhmədalı Qayıbalı oğlu Əliyevin və onun həyat yoldaşı, 1934-cü il təvəllüdlü Zemfira İsa qızı Əliyevanın meyitləri yanğınsöndürənlər tərəfindən aşkar olunub.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 07:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Qeyd edilir ki, ər xəstə olsa da, özünü idarə edə bilib. Qadın isə ağır yataq xəstəsi olub. Yanğın söndürüldükdən sonra evə ilkin baxış zamanı qadının yataqda yandığı, həyat yoldaşının isə sürünərək yanan evdən çıxmağa cəhd etdiyi zaman tüstüdən boğulduğu məlum olub.
OXŞAR XƏBƏRLƏR
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ