"Oskar" mükafatının qalibləri açıqlandı
Dünya kino sənayesinin ən böyük mükafatı olan "Oskar"ın qalibləri müəyyənləşib. APA TV-nin xəbərinə görə, ABŞ-ın Los Anceles şəhərində baş tutan mərasimin aparıcılığını Cimmi Kimmel edib.
“Ay işığı” ilin ən yaxşı filmi nominasiyasında qalib olub.
“La-La Lend” filmində çəkilmiş Emma Stoun ən yaxşı qadın rolu, “Dənizkənarı Mançester” filmində rol almış Keysi Afflek isə ən yaxşı kişi rolu nominasiyasında “Oskar” mükafatına layiq görülüb.
“La-La Lend”-in rejissoru Damyen Şazel ən yaxşı rejissor işi nominasiyası üzrə qalib olub. “La-La Lend” filmində səslənən “City of Stars” ("Ulduzlar şəhəri") kompozisiyası ən yaxşı mahnı, filmin bəstəkarı Castin Qurvits isə ən yaxşı bəstəkar elan edilib. Linus Sandqren “La-La Lend” filmində ən yaxşı operator işinə görə “Oskar” qazanıb. “La-La Lend” həmçinin ən yaxşı quruluşçu rəssam işi nominasiyasında da mükafatı qazanıb. Bununla da "La-La Lend" filmi 6-cı mükafatını alıb.
Ən orijinal ssenari nominasiyasında “Dənizkənarı Mançester" filmi “Oskar” qazanıb.
“Zveropolis” ilin ən yaxşı animasiya filmi hesab edilib. ABŞ-a gəlməkdən imtina edən iranlı rejissor, “Oskar” laureatı Əsgər Fərhadinin çəkdiyi “Kommivoyajer” ən yaxı əcnəbi film nominasiyasında “Oskar”a layiq görülüb.
Suriya müharibəsindən bəhs edən “Ağ dəbilqələr" filmi ən yaxşı qısametrajlı sənədli film nominasiyalarında “Oskar”a layiq görülüb.
Təqdimetmə mərasimində böyük qalmaqal da yaşanıb. Ən yaxşı film mükafatına "La-La Lend" filminin layiq görüldüyü elan edilib. Amma qısa bir zaman içində zərflərin qarışdığı ortaya çıxıb. Ən yaxşı film mükafatının "Ay işığı" elan olunduğu məlum olub. Bu anonsu isə Amerikanın məşhur aktyoru Uorren Bitti edib.
OXŞAR XƏBƏRLƏR
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ