Birjalar açıldı, neft bahalaşdı
Birjaların ilk iş günündə neftin qiyməti bahalaşıb. İlk seansa 56,31 dollardan başlayan “Brent” neftinin bir bareli 56,69 dollara kimi yüksəlib. Bu, ötən həftənin ilk hərracında qeydə alınan qiymətdən 21 sent bahadır.
APA TV-nin xəbərinə görə, Qərbi Texas nefti də 2017-ci ilin rekord göstəricisini yeniləyib. WTİ markalı neft hazırda 54,31 dollardan satılır. Bu markadan olan neft də ötən həftənin ilk hərracına nisbətən 29 sent bahalaşıb.
Neftin qiymətin təsir göstərən amillər bu həftə də dəyişməz qalacaq. Qiymətlərin formalaşmasına ABŞ-ın neft ehtiyatlarının həcminə dair hesabatlar və OPEK rəsmilərinin verdiyi açıqlamalar təsir göstərir. Bundan başqa ABŞ-da qaya nefti hasil edən buruqların sayının artması da bazarda qiymətlərə təsirini gücləndirməyə başlayıb. Hazırda ABŞ-da 602 belə buruq fəaliyyət göstərir, buruqların sayı altıncı həftədir ki, artır.
Barclays analitikləri 2017-ci ildə neftin orta qiymətinin 57 dollar olacağını proqnozlaşdırır, ilin ikinci rübündə bu qiymətin 62 dollar həddinə çatacağı ehtimal edilir. Analitiklər əvvəllər 2018-ci ildə neftin orta illik qiymətinin 77 dollar olacağını proqnozlaşdırsa da, bazarda qiymətlərin dinamikasını nəzərə alaraq artıq bu proqnozu 67 dollar səviyyəsinə endiriblər.
OXŞAR XƏBƏRLƏR
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ