Dolların kursu dəyişmədi, avro və rubl ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankı fevralın 24-ü üçün dolların rəsmi məzənnəsini açıqlayıb.

 

APA TV-nin məlumata görə, dolların rəsmi məzənnəsi dəyişməyərək 1,7475 manat səviyyəsində müəyyən olunub.

 

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası azalaraq 1,8466 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1720 manatdır. Beləliklə, funt sterlinqin də məzənnəsində azalma baş verib.

 

Rusiya rublu və Türkiyə lirəsi ucuzlaşıb, Gürcüstan larisi isə bahalaşıb. Hazırda 1000 rubl 30 manat 10 qəpik, 100 lirə 48 manat 60 qəpik, 100 lari isə 67 manat 80 qəpikdir.
 

Azərbaycan Mərkəzi Bankı rəsmi məzənnələri həftə içi hər gün açıqlayır. Həftəsonu isə üçgünlük məzənnə açıqlanır.

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR