Əhmədinejad Trampa qərəzli məktub yazdı: "Özünüzü o torpağın sahibi bilməyin"
İranın sabiq prezidenti Mahmud Əhmədinejad ABŞ prezidenti Donald Trampa məktub yazıb.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, 25 əsrlik tarixə malik böyük İran xalqı adından ünvanlanan məktubda o, Birləşmiş Ştatların əslində hansı qüvvələrə məxsus olduğunu açıqlayıb.
M.Əhmədinejad hazırda ABŞ-da İran da daxil olmaqla, bir sıra dövlətin vətəndaşının yaşadığını, müasir Birləşmiş Ştatların bütün xalqlara məxsus olduğunu bildirib.
“Heç kim özünü bu torpaqların sahibi, başqalarını isə qonaq və ya miqrant hesab edə bilməz”, - deyə o, qeyd edib.
Bundan əlavə sabiq prezident ABŞ-ın digər dövlətlərin daxili işlərinə qarışması siyasətini tənqid edərək, buna bənzər addımların dünyada qeyri-stabillik, müharibələr, ayrı-seçkilik, qətl və xalqların yerdəyişməsinə gətirib-çıxardığını yazıb.
Qeyd edək ki, bir qədər əvvəl Mahmud Əhmədinejad ABŞ-ın İrana qarşı müharibəyə başlayacağı ehtimalını istisna etmişdi.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ilə Ermənistanın Baş naziri arasında telefon danışığı oldu
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI