Həmsədrlər cəbhədəki son vəziyyətlə bağlı açıqlama yaydı
ATƏT-in Minsk Qrupunun həmsədrləri Riçard Hoqland (ABŞ), İqor Popov (Rusiya) və Stefan Viskonti (Fransa) təmas xəttində baş verən toqquşma ilə bağıl bəyanat yayıb.
APA-nın məlumatına görə bəyanatda qeyd edilir ki, həmsədrlər Azərbaycan və Ermənistan Müdafiə Nazirliklərindən və digər mənbələrdən fevralın 25-də səhər təmas xəttində atəşkəs rejiminin ciddi surətdə pozulduğu və insan tələfatı olduğu barədə məlumat alıblar.
Bəzi meyitlər neytral zonada qalıb. Həmsədrlər tərəfləri təmas xətti yaxınlığındakı ağır texnikanı əvvəlki mövqelərə çəkməyə və dünən ATƏT-in şəxsi nümayəndəsinin vasitəçiliyi ilə əldə edilən razılaşmaya uyğun olaraq meyitlərin evakuasiyasının təmin edilməsinə çağırıb. Həmsədrlər tərəfləri güc tətbiq etməmək barədə öhdəliyə əməl etməyə də səsləyib.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ilə Ermənistanın Baş naziri arasında telefon danışığı oldu
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI