Türkiyə səfiri: "Xocalı faciəsi insanlıq tarixinə qara bir ləkədir"

"Xocalı faciəsinin baş verməsindən 25 il keçsə də, hələ də Xocalıya ədalət istənilir. Yaxın zamanda bu ədalətin təmin olunacağına inanırıq". APA TV-nin məlumatına görə, bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

 

 

"Xocalı faciəsi insanlıq tarixinə qara bir ləkədir. Faciənin 25-ci ildönümü günündə azərbaycanlılarla həmrəylik nümayiş etdirmək üçün səfirliyin əməkdaşları ilə birgə “Xocalı” abidəsini ziyarət etdik. Azərbaycanın başı sağ olsun, şəhidlərimizə Tanrıdan rəhmət diləyirəm. Bilirəm ki, onların hər birinin məkanı cənnətdir”.

 

Səfir yaxın vaxtlarda  Azərbaycanın işğal altında olan torpaqlarına qovuşacağına və Xocalıda qətliam törədənlərin ən qısa zamanda cavab verəcəklərinə inandığını bildirib. 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR