"Ana harayı" abidəsinin önündən - REPORTAJ
Bakıda Xocalı soyqırımı qurbanlarının abidəsi önündə faciənin 25-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Səhər saatlarından başlayaraq yüz minlərlə insan abidənin önünə gələrək Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib.
Həmvətənlərimiz abidə önünə qərənfil dəstələri və əkililər qoyur, həlak olanların xatirəsi sükutla yad edirdilər.
Ziyarətçilər arasında birinci Qarabağ savaşının döyüşçüləri də var.
Xocalı soyqırımı öz miqyasına görə XX əsrin ən ağır faciəsidir. Bu gün onlarla, yüzlərlə həmvətənimiz faciə qurbanlarının xatirəsinə ehtiram olaraq bura toplaşıb. Məqsəd faciə qurbanlarının səsini dünyaya yenidən duyurmaqdır.
Xocalı təkcə Azərbaycan xalqına qarşı deyil, bütün insanlıq və bəşəriyyət əleyhinə yönəlmiş ən ağır cinayətlərdən biridir.
Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkələrində hüznlə qeyd olunur. Bu il Xocalı soyqırımı qurbanlarının abidəsini ziyarət edənlər arasında bir sıra xarici ölkələri təmsil edən gənclər də var.
Soyqırımın şahidi olmuş Xocalı sakinləri o gecənin dəhşətini bu gün də çox böyük ağrı və göz yaşı ilə xatırlayırlar.
Xocalı həqiqətlərinin dünyaya çatdırılması, qətliama obyektiv qiymət verilməsi arzusu ilə ziyarətə gələnlərin bir fikri də var - bu cinayəti bağışlamaq olmaz.
Xocalı sakinləri deyir ki, ötən hər gün bu problemin həllində öz sözünü deyir, bizə o torpağa qayıdacağımız günü yaxınlaşdırır.
Vətənə bağlılıq, hər bir azərbaycanlının damarlarında axan qan o günün uzaqda olmadığına inamımızı daha da artırır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ilə Ermənistanın Baş naziri arasında telefon danışığı oldu
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI