Xələf Xələfov: "Xocalı soyqırımını törədənlər Ermənistan hakimiyyətində özlərinə yuva qurublar"
"Bir çox ölkələr, siyasi təşkilatlar, parlamentlər Xocalı soyqırımını tanıyıb, ona siyasi qiymət verib və lənətləyib. Amma qarşıda duran ən böyük vəzifə Xocalı hadisələrinə hüquqi qiymət verməkdir". APA TV-nin məlumatına görə, bu fikirləri xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. Onun sözlərinə görə, cinayətkarları məsuliyyətə cəlb etmək və onları cəzalandırmaq Azərbaycan dövlətinin qarşısında duran ən böyük vəzifələrdən biridir.
"Bunun üçün beynəlxalq qurumlarla əməkdaşlıq çox vacibdir. Bir tribunal, tanınmış hüquqşünaslardan ibarət hüquqi mexanizmlər yaradılmalıdır ki, bəşəriyyətin ən böyük cinayətlərindən olan Xocalı soyqırımını törədənlər məhkəmə qarşısına çıxsınlar. Çünki Azərbaycan tarixində bu bağlanmamış səhifə daim insanları düşündürür".
Xocalı hadisələrini törədənlərin çoxunun hazırda siyasətlə məşğul olduğunu deyən Xələf Xələfov əlavə edib ki, onlar Ermənistan hakimiyyətində özlərinə yuva qurublar və Ermənistan hərbi rejiminin başında dururlar.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ilə Ermənistanın Baş naziri arasında telefon danışığı oldu
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI