Nazir: "Xudafərin kəndi ermənilər tərəfindən tamamilə dağıdılıb"
"Mənim rəhbərliyim altında İrana səfər edən Azərbaycan nümayəndə heyəti İran tərəfi ilə birlikdə Araz çayı üzərində reallaşdırılan "Xudafərin və Qız qalası" layihəsinin icrası ilə tanış oldu".
APA TV xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev İrana səfərinin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyəti layihənin gedişi ilə tanış olarkən erməni vandalizminin, vəhşiliyinin bir daha şahidi olub: "Azərbaycanın Xudafərin kəndi ermənilər tərəfindən tamamilə dağıdılıb, evlər yerlə yeksan edilib, infrastruktur tamamilə məhv edilib. Dəmir yolu xətləri belə erməni acgözlüyünün qurbanı olub, reyslər və şpallar sökülərək daşınıb".
Ş.Mustafayev bildirib ki, artıq torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində ən ciddi addımlar atılır. "Xudafərin" və "Qız qalası" layihəsinin Azərbaycanın işğal olunmuş ərazilərində icrasına başlanılması da bunu bir daha sübut edir. İşğaldan azad edilmiş Cocuq Mərcanlıda prezident İlham Əliyevin tapşırığı ilə bərpa və geniş quruculuq işlərinə başlanılıb. "Xudafərin" və "Qız qalası" layihəsi prezident İlham Əliyevin və onun iranlı həmkarı Həsən Ruhaninin siyasi iradəsinin, ölkələrimiz arasında strateji əməkdaşlıq səviyyəsinə yüksəlmiş əlaqələrin təzahürüdür", - deyə o qeyd edib.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ilə Ermənistanın Baş naziri arasında telefon danışığı oldu
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI