Ermənistanda kimya zavodunda qəza: sakinlər küçəyə buraxılmır
Ermənistanda yerləşən Vanadzor kimyəvi zavodunda qəza baş verib.
APA TV-nin Ermənistan mətbuatına istinadən xəbərinə görə, zavodda kimyəvi zəhərli tullantı sularının axıdıldığı boru partlayıb.
Nəticədə borudan yüksək təzyiqlə sızan su şəhərin bir neçə küçəsini cənginə alıb. Rəsmilər sakinlərə evlərini tərk etməmək barədə göstəriş verib.
Son məlumatlara əsasən, suyun qarşısının kəsilməsi istiqamətində görülən profilaktik tədbirlər nəticəsiz qalıb. Tullantı suları üçün nəzərdə tutulan boruların diametri geniş olduğundan küçələrə axan suyun həcmi də olduqca yüksəkdir.
Qeyd edək ki, hazırda əraziyə giriş qadağan edilib.
OXŞAR XƏBƏRLƏR
13:29
138
Prezident İlham Əliyev ilə Ermənistanın Baş naziri arasında telefon danışığı oldu
11:02
347
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
17:05
990
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
1088
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
1019
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
14:39
1183