Çavuşoğlu: "Bütün məsələləri ABŞ-la müzakirə etmişik"
"Türkiyə PYD/YPG-nin Suriyanın şimalında Menbiçdən çıxmasını gözləyir". APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu açıqlama ilə adı çəkilən ölkənin baş naziri Mövlud Çavuşoğlu çıxış edib.
"Biz ABŞ-dan terrorçu qruplaşmanın Menbiçdən çıxarılması üçün addımlar gözləyirik", - Çavuşoğlu vurğulayıb.
Diplomat bildirib ki, yalnız bundan sonra türk ordusu Rəqqanın İŞİD-dən alınması əməliyyatına başlaya bilər. Onun sözlərinə görə, Türkiyə nəinki Rəqqanın, bütünlüklə Suriyanın İŞİD-dən təmizlənməsində maraqlıdır.
Çavuşoğlu Rəqqa əməliyyatının Fransa, Almaniya və Böyük Britaniya rəsmiləri ilə, həmçinin Suriyada atılacaq gələcək addımların ABŞ-la müzakirə edildiyini bildirib.
Hazırda türk ordusunun nəzarətində olan Əl-Bab şəhərinin minalardan təmizlənmə prosesi gedir. Proses başa çatdıqdan sonra sakinlərin şəhərə qayıtmasına icazə veriləcək.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ilə Ermənistanın Baş naziri arasında telefon danışığı oldu
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI