Əli Həsənov: "Mehriban Əliyevanın dinamik xarakteri dövlət idarəçiliyinə sirayət edəcək"

 “Mehriban Əliyevanı birinci vitse-prezident təyin edilməsi münasibətilə təbrik edirəm. Düşünürəm ki, bu təyinat Azərbaycan xalqına, dövlətimizə, millətimizə qarşıdakı illərdə töhfələr verəcək”.

 

APA TV-nin xəbərinə görə, Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi  Əli Həsənov  deyib ki,  bu təyinat nəticəsində dövlət idarəçiliyində dinamizm müşahidə olunacaq: "Xaraktercə dinamik insan olan Mehriban Əliyevanın xarakterinin dövlət idarəçiliyinə sirayət edəcəyinin şahidi olacaqsınız".

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR