Məhəmməd Əlinin və Pelenin oğlanları həbs edildi - SƏBƏB
Əfsanəvi idmançılar Məhəmməd Əli və Pelenin oğlu saxlanılıb. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, boksçunun adını daşıyan kiçik oğlu Miqrasiya Xidməti əməkdaşları tərəfindən Florida beynəlxalq hava limanında saxlanılıb.
Məhəmməd Əli ABŞ-a anası ilə bərabər Yamaykadan gəlib. Aeroportda ondan müsəlman olub-olmadığını soruşub, iki saata qədər dindiriblər.
Məşhur boksçunun oğlunun vəkili hadisənin Donald Trampın müsəlmanları ölkədən çıxarmaq istəyi ilə bağlı baş verdiyini iddia edib.
Maraqlı burasıdır ki, saxlanılan şəxs ABŞ vətəndaşıdır.
Əfsanəvi futbolçu Pelenin oğlu Edson Şolbi Nasimentu - Edinyo isə 13 illik həbs cəzasını çəkmək üçün polisə gəlib.
Braziliya məhkəməsi 2014-cü ildə onun barəsində 33 il müddətinə həbs qərarı çıxarıb. Edinyo narkotacirlərdən alınmış çirkli pulların yuyulmasında təqsirli bilinir. Lakin o, apellyasiya şikayətinə baxıldığı müddətdə azadlıqda qalıb.
Fevralın 23-də məhkəmə ittiham aktını təsdiqləyib və cəzanı 12 il 10 aya endirib. Edinyo fevralın 24-də Santos şəhərinin polis məntəqələrindən birinə gəlib.
Edinyo ötən əsrin 90-cı illərində Braziliyanın məşhur "Santos" klubunda çıxış edib. Onun atası Pele də məhz "Santos"da məşhurlaşıb.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ilə Ermənistanın Baş naziri arasında telefon danışığı oldu
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI