Şəmkir sakini: "3 kq-dan çox narkotiki körpünün altından tapdım"
Şəmkirdə narkotik vasitə olan marixuananı satmaq istəyən gənc saxlanılıb.
APA TV-nin qərb bürosunun məlumatına görə, rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotik vasitə satmaqda şübhəli bilinən 24 yaşlı Yasin Qəribov yaxalanıb.
Onun üzərinə baxış keçirən zaman ondan 3 kq 230 qram açıq və daha 20 kibrit qutusu bağlı şəkildə qurudulmuş marixuana aşkarlayaraq götürüblər.
Şəmkir Rayon Polis Şöbəsinin istintaq bölməsinin rəisi Bəxtiyar Rəhimov bildirib ki, Qəribov Yasin Azər oğlu istintaqa məlum olmayan mənbədən əldə etdiyi külli miqdar təşkil edən ümumi çəkisi 3 kq 326 qram qurudulmuş marixuananı özü ilə Şəmkir rayonuna daşıyıb.
Əvvəllər Türkiyə Respublikasında məhkumluq həyatı yaşayan Yasin Qəribov cəmi 5 ay öncə vətənə dönüb. O, narkotik vasitəni Gəncə şəhəri ərazisində yol kənarından topladığını, Şəmkirə isə satış məqsədilə gətirdiyini deyib: “Gəncə şəhərində körpünün altından tapdım. Torbaya və kibrit qutusuna yığıb taksi ilə Şəmkirə gətirdim. Yanacaqdoldurma məntəqəsinin yanında polislər tutdu”.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ilə Ermənistanın Baş naziri arasında telefon danışığı oldu
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI