YAP Xocalı şəhidlərini andı
"Hesab edirəm ki, bu faciənin anılması, qeyd edilməsi bir yandan tarixi yaddaşımızın möhkəmləndirilməsi məqsədi daşıyır ki, bir daha heç zaman belə faciələrin baş verməsinə Azərbaycan xalqı imkan yaratmasın, qətiyyətini, iradəsini toplayaraq, öz torpaqlarını, öz ərazilərini, öz dövlətini daha qətiyyətlə qorumağı bacarsın".
APA TV-nin məlumatına görə, bunu baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib.
Xocalı faciəsinin 25-ci ildönümü münasibətilə YAP-n Xətai rayon təşkilatında keçirilən tədbir Xocalı qurbanlarının xatirəsinin anılması ilə başlayıb. Əli Əhmədovun giriş nitqindən sonra ilk sözü Milli Məclisin vitse-spikeri Bahar Muradova alıb.
Vitse-spiker deyib ki, indiyədək Xocalı soyqırımının dünyada təbliği, erməni vəhşiliyinin daha qabarıq şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında əsas məqsəd azərbaycanlıların tarixi torpaqlarında misilsiz bəşəri cinayətlərə məruz qalması gerçəkliyinin, dolayı yolla erməni təbliğat maşınının uydurduğu yalanların ifşasından ibarətdir: "Bizim hər birimizin fəaliyyətinin ilk sıralarında Dağlıq Qarabağ məsələsi, Azərbaycanın ərazi bütövlüyü, ərazimizin təcavüzdən azad olması və insanlarımızın öz evində, öz yerində, öz yurdunda yaşamaq haqqının qaytarılması üçün çalışmaq, səyləri birləşdirmək və vahid mövqedən çıxış etmək dayanmalıdır".
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, millət vəkilləri və ictimaiyyət nümayəndələrinin qatıldığı tədbirdə Xocalı faciəsinin bəşəriyyətin ən böyük bəlası olduğu bir daha vurğulanıb, bu və ya digər qanlı cinayətlərin təşkilatçı və icraçılarının hüquqi məsuliyyətə cəlb olunmasının vacibliyi önə çəkilib. Tədbir çıxışlarla davam etdirilib.
OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev ilə Ermənistanın Baş naziri arasında telefon danışığı oldu
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI