Neftin qiyməti kəskin ucuzlaşdı

Həftənin son satışlarında neftin qiyməti kəskin şəkildə ucuzlaşıb.

 

APA TV-nin məlumatına görə, dünən səhər seanslarında 56,60 dollardan satılan "Brent" nefti axşama doğru 56 dolların altına düşərək 55,88 dollara satılıb. Hazırda bu markadan olan neft 56 dollara təklif olunur.

 

Qərbi Texas neftinin qiyməti də xeyli ucuzlaşıb. Ötən gün 54,50 dollardan satılan WTİ nefti hazırda 54 dollardan təklif olunur. Ötən gün axşam saatlarında bu markadan olan neft birjalarda 53,87 dollardan satılıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR