Dəfələrlə məhkumluq yaşamış şəxsin evindən avtomat tapıldı

Əllərdə qanunsuz saxlanılan odlu silah, partlayıcı maddə və qurğuların aşkar edilərək yığılması məqsədilə polis orqanları tərəfindən Sabunçu rayonunun Maştağa qəsəbəsində növbəti əməliyyat tədbiri həyata keçirilib. Sabunçu Rayon Polis İdarəsinə (RPİ) Maştağa qəsəbə sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Rizvan Fərzəliyevdə odlu silah-sursat olması barədə əməliyyat məlumatı daxil olub. Sabunçu RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rizvan Fərzəliyev saxlanılıb.

 

Onun yaşadığı mənzilə baxış keçirilən zaman nömrəsi silinmiş "AKSU" markalı avtomat silahı, 27 ədəd patron və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb.

 

Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR