Azərbaycanlı futbolçu Avroliqada həftənin ən yaxşısı oldu
Avroliqada həftənin ən yaxşı oyunçusunun adına aydınlıq gəlib. APA TV-nin məlumatına görə, “Olimpiakos”un hücumçusu Kərim Ansarifərd 1/16 final mərhələsinin ən yaxşısı seçilib. O, UEFA-nın saytında keçirilən sorğunun nəticəsinə əsasən, azarkeşlərin ən çox etimadını qazanan futbolçu olub. Səfərdə “Osmanlıspor”la qarşılaşan pireylilərin 3:0 hesablı qələbəsində mühüm rol oynayan Ansarifərd iki qola imza atıb.
Qeyd edək ki, İran millisinin Azərbaycan əsilli hücumçusu Ərdəbil şəhərində anadan olub. Təbrizin “Traktorsazi” klubundakı çıxışı ilə tanınan Kərim daha sonra İspaniyada “Osasuna” və Yunanıstanda “Panionis”in formalarını geyinib. O, 2017-ci ildə keçdiyi “Olimpiakos”un heyətində 3 oyunda 3 qol vurub.
OXŞAR XƏBƏRLƏR
13:58
160
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
289
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
385
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
17:05
992
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
1090
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
1020