Ağdaşda iki maşın toqquşdu: ölən və xəsarət alanlar var

Ağdaş rayonunda bir nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 14:00 radələrində Ağdaş-Ləki yolunun 2-ci kilometrliyində, Pirəyir kəndi ərazisində qeydə alınıb.

 

“VAZ-2106” və “Priora” markalı minik avtomobillərinin toqquşması nəticəsində Şordəhnə kənd sakini, 1960-cı il təvəllüdlü Rafael İsfəndiyar oğlu Nurəliyev aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.

 

Pirəyir kənd sakini, 1961-ci il təvəllüdlü Fikrət Dostməmmədov, Şordəhnə kənd sakini 1989-cu il təvəllüdlü Nuralıyev Nicat Rafael oğlu, Orta Ləki kənd sakini, 1991-ci il təvəllüdlü İlyaszadə İlyas Şahlar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.     

Müəllif | Apa.Tv
Elvin Yaqubov

OXŞAR XƏBƏRLƏR