Masazırda marketdən oğurluq etmək istəyənlər tutuldu

Abşeron rayonunda marketdən oğurluq etmək istəyənlər saxlanılıb.

 

APA TV-nin xəbərinə görə, gecə saatlarında Masazır qəsəbəsində yerləşən xüsusi texniki vasitələrlə qorunan marketlərdən birindən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub.

 

Obyektə baxış zamanı mağazanın qapısının, həmçinin dəmir barmaqlıqlarının naməlum şəxslər tərəfindən sındırıldığı və oğurluğa cəhd olunduğu müəyyən edilib. Həmin şəxslər  hadisə yerindən qaçmaq istəyərkən Abşeron Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə təhvil verilib.     

 

Araşdırma zamanı məlum olub ki, oğurluğa cəhd göstərən şəxslər Laçın rayon sakini, əvvəllər məhkum olunmuş Elxan İsayev və Ağdam rayon sakini Ceyhun Abbasovdur.

 

İlkin araşdırma zamanı onlar Abşeron rayonu ərazisində 15 fərdi yaşayış evindən oğurluq etdiklərini də etiraf ediblər.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR