Əbülfəs Qarayev Ağdaşda respublika müşavirəsi keçirdi

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev fevralın 24-də Ağdaş rayonundakı Heydər Əliyev Mərkəzində Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarından olan vətəndaşları qəbul edib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, vətəndaşlar nazirlə görüşdə müxtəlif məsələlərlə bağlı xahiş və təkliflərini səsləndiriblər.

 

Nazir Əbülfəs Qarayev qəbul zamanı səslənən bütün xahiş və müraciətlərin diqqətlə nəzərdən keçiriləcəyini, onların həlli istiqamətində tədbirlər görüləcəyini bildirib. Qəbul zamanı vətəndaşları narahat edən bir sıra məsələlər yerindəcə həll olunub.

  

Daha sonra nazir Əbülfəs Qarayev Ağdaş rayonunda ölkənin 16 regional mədəniyyət və turizm idarəsinin rəhbərlərinin iştirakı ilə respublika müşavirəsi keçirib. Nazir çıxışında qeyd edib ki, artıq iki aydır Azərbaycanda mədəniyyət və turizm strukturunda islahatlar həyata keçirilir. Prezident İlham Əliyevin sərəncamı ilə bu il yanvarın 1-dən respublikamızda regional mədəniyyət və turizm idarələri fəaliyyətə başlayıb.

 

Respublikanın bütün regional mədəniyyət və turizm idarələri rəhbərlərinin iştirak etdiyi bu tədbirdə ötən iki ay ərzində əldə olunan nəticələr təhlil edilib və qarşıdan duran vəzifələr müzakirə olunub. Nazir Əbülfəs Qarayev idarə rəhbərlərindən işlərinə daha ciddi yanaşmağı tələb edib və onların səmərəli fəaliyyət göstərməsi üçün tapşırıqlar verib. 

Müəllif | Apa.Tv
Elvin Yaqubov

OXŞAR XƏBƏRLƏR