Cümə namazında Xocalı şəhidlərinin ruhuna xütbə oxundu
Bu gün Bakının Əjdərbəy məscidində qılınan cümə namazı zamanı Xocalı şəhidlərinin xatirəsi yad edilib. APA TV-nin xəbərinə görə, şəhidlərin ruhuna xütbələr oxunub və dualar səsləndirilib.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, Əjdərbəy məscidinin imamı Salman Musayev bildirib ki, ölkədə Xocalı faciəsinin 25-ci ildönümü qeyd edilir. Azərbaycanın bütün məscidlərində şəhidlərin ruhuna xütbələr oxunur, dualar edilir: "Şəhidlərə Allahdan rəhmət diləyirik və ailələrinə səbir arzu edirik. Məkanları cənnət olsun. Gün gələcək, bütün dünya ictimaiyyəti ermənilərin əsl üzünü tanıyacaq. Bir istəyim də odur ki, insanlarımız, xüsusilə gənclər tariximizi yaddan çıxarmasınlar".
Şəhidlərin ruhunu yad etmək üçün məscidə çoxlu sayda insan toplaşmışdı.
Cümə namazına sadə vətəndaşlarla yanaşı, tanınmış şəxslər də qatılmışdı.
Millət vəkili Fazil Mustafa Xocalı şəhidlərinin heç vaxt unudulmayacağını bildirib: "Qafqaz Müsəlmanlarının İdarəsinin təşəbbüsü ilə Xocalı şəhidlərinin ruhuna dualar oxundu və insanlar onların qisasının alınması, torpaqların geri qaytarılması üçün dua etdilər. Bu, həm də bir həmrəylik duyğusu ilə baş verən bir hadisədir. Müstəqilliyimizin yolu o qandan-qadadan keçib".
Bakı Metropoliteninin mətbuat katibi Nəsimi Paşayev də cümə namazında şəhidlərin anılmasını müsbət qiymətləndirib: "Xocalı faciəsi də Azərbaycan tarixinə yazılmış çox qanlı faciələrdən biridir, günahsız insanlar qətlə yetirilib. Burada xüsusilə yad edildi, dualar oxundu. Nəinki Xocalı şəhidlərinə, eyni zamanda digər şəhidlərimizin də xatirəsinə də dualar oxundu. Arzularımızı, dualarımızı bildirdik ki, inşallah, tezliklə intiqamımızı alarıq".
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı