İçində 30 sərnişin olan AVTOBUS minik maşını ilə toqquşdu
Bu gün səhər saatlarında Xaçmaz-Quba marşrutu üzrə hərəkət edən sərnişin avtobusu ilə minik maşını toqquşub. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Seyidşah Atagülovun idarə etdiyi 90 JM 516 dövlət nömrə nişanlı, “Temsa” markalı avtobus əks istiqamətdə hərəkət edən 10 FC 710 dövlət nömrə nişanlı, “VAZ 21 010” markalı avtomobillə toqquşub. Qəza anında avtobusda 30 sərnişin olub. Hadisə zamanı xəsarət alan olmasa da, avtomaşınlara ciddi ziyan dəyib.
Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
19:44
732
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
19:18
761
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
16:42
969
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
17:21
2174
Bakıda və bölgələrdə güclü külək gözlənilir
17:20
2149
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI
17:06
1978