İŞİD evinə qayıtmaq istəyən 60 nəfəri öldürdü

İŞİD terrorçuları Əl-Bab şəhəri yaxınlığında bomba yüklənmiş avtomobili partladıb.

 

APA TV-nin məlumatına görə, Susiyan kəndində baş verən terror aktında 60 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

 

Türkiyənin Kilis vilayətinə gətirilən yaralı sayı 40-ı keçib.

 

Terrorçular Əl-Baba qayıtmaq üçün Azad Suriya Ordusunun qərargahının qarşısında toplaşan yüzlərlə insanı hədəfə alıb. Susiyan kəndi Əl-Babın şimal-qərbində yerləşir.

 

Qeyd edək ki, ötən gün Türkiyə Silahlı Qüvvələrinin dəstəklədiyi müxaliflərin Əl-Bab şəhərinin mərkəzinin önəmli hissəsini nəzarətə aldığı açıqlanmışdı.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR