Kəmaləddin Heydərov Xaçmazda vətəndaşları qəbul etdi
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Xaçmaz şəhərində, nazirliyin Şimal Regional Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edib.
APA TV-nın şimal bürosunun məlumatına görə, qəbulda Xaçmaz, Qusar, Quba, Şabran, Siyəzən rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak ediblər.
Vətəndaşların müraciətlərinin bir çoxu yerindəcə həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
OXŞAR XƏBƏRLƏR
13:58
161
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
292
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
386
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
17:05
992
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
1090
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
1020