Güclü qar sitrus bağlarını sıradan çıxardı - QITLIQ OLACAQ
Güclü qar cənubda sitrus bağlarına ciddi ziyan vurub. APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, qarın ağırlığına tab gətirməyən ağaclar sınaraq sıradan çıxıb.
Fermerlər gələn il məhsuldarlığın aşağı düşəcəyini deyirlər: "Ziyan çox vurub. Əsasən feyxoalara ziyan vurub. Gördüyünüz kimi, budaqlar çox sınıb, mandarinə də qismən zərər dəyib. Bağlanmamışdı, arxayın idik yağmayacaq. Yarpaqları görürsüz, şaxta vurub. Yarpaqlar özünə gələnə qədər illər keçməlidir ki, əvvəlki vəziyyətə qayıtsın".
Qar əsasən Lənkəran və Astara rayonları ərazisində olan fərdi sitrus təsərrüfatlarına ziyan vurub, feyxoa və naringi ağaclarını sıradan çıxarıb. Yağan güclü qarın ağırlığına tab gətirməyən ağacların bar gətirən əsas budaqları sınaraq yararsız vəziyyətə düşüb. İndi fermerləri narahat edən əsas məsələ gələn il məhsuldarlığın necə olacağıdır.
Mütəxəssislər isə vaxtında ağacların bağlanmaması və onlara dayaq qoyulmamasını təsərrüfat sahiblərinin məsuliyyətsizliyi kimi qiymətləndirir. Bioloq Yunus Qulamovun dediyinə görə, torpağın oyandığı bir vaxtda ağacların belə vəziyyətə düşməsi hətta bəzi ağacların tamamilə yanmasına gətirib çıxara bilər: "Belə bir vaxtda ağacların oyanan vaxtı kiçik çilə olan dövrdə havalar istiləşir bu zaman ağaclarda oyanma baş verir. Bu zaman ağacın budağına düşən qar onun sınmasına səbəb oldu. Əlbəttə, ağac sınıbsa, yenidən bərpa olunması, budaqların cücərməsi üçün 4-5 il vaxt tələb olunur".
Qeyd edək ki, yağan qar sitrus ağacları ilə yanaşı, bir sıra şaftalı, ərik və alça ağaclarına da ziyan vurub.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı