BMT təmsilçisi: "ABŞ-sız mümkün deyil"

Cenevrədə Suriya danışıqlarının növbəti mərhələsi başlayıb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, budəfəki müzakirələrin mövzusu Suriyada yeni hökumət qurulması, konstitusiya layihəsinin hazırlanması, habelə, seçkilərin keçirilməsidir.

 

Bu arada müzakirələri şərh edən BMT baş katibinin xüsusi elçisi Staffan de Mistura hər hansı real nəticə gözləmədiyini bildirib.

 

O deyib ki, rəsmi Vaşinqtonun bu məsələdə effektiv rol oynamaq yerinə, ümumiyyətlə iştirak etməməsi səbəbindən bu fikirdədir.

 

Müxalifətə dəstək verən Obama Administrasiyasından fərqli olaraq, yeni hakimiyyət Suriya məsələsində birmənalı mövqe bildirməyə tələsmir.

 

Qeyd edək ki, ötən il münaqişə tərəfləri arasında üç dəfə görüş keçirilməsinə baxmayaraq, hər hansı nəticə əldə olunmayıb. Müharibədən ötən 6 il suriyalıların yaddaşında 400 mindən çox insanın ölümü ilə qalıb.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR