Tramp: "Nüvə potensialımızı genişləndirməliyik"

Donald Tramp ABŞ-ın nüvə potensialının genişləndirilməsinin vacibliyini bildirib. APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, prezident ölkəsinin arsenal baxımdan rəqiblərinə uduzduğunu düşünür.

Donald Tramp eyni ifadələri prezident seçkiləri ərəfəsində də dəfələrlə dilə gətirib: "Mən istənilən ölkənin atom silahına malik olmaq istəyini alqışlayıram, amma bu məsələdə hamıdan öndə Amerikadır. Fərqi yoxdur - dostların da, bizi düşmən kimi qəbul edənlərin də qarşısında".

ABŞ-la Rusiya arasında strateji nüvə silahlarının ixtisarına dair razılaşmaya əsasən, hər iki ölkənin nüvə arsenalında eyni miqdarda nüvə başlığı olmalıdır. Bu sazişin müddəti 5 fevral 2018-ci ildə başa çatır. Tramp prezident seçildikdən sonra Rusiya prezidenti bu sazişin müddətini daha 10 il müddətinə artırmağı təklif etsə də, ABŞ tərəfi bu təkliflə razılaşmayıb.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR