Neftin qiyməti 57 dolları keçdi
Həftə sonuna neftin qiymətinin bahalaşacağına dair proqnozlar özünü doğruldub. APA TV-nin xəbərinə görə, axşam seanslarında “Brent” markalı neftin qiyməti 57 dolları keçib. Son 24 saat ərzində “Brent” neftinin maksimum qiyməti 57,12 dollar təşkil edib.
Qərbi Texas neftinin qiyməti də aylıq maksimumu yeniləyib. Birjalarda WTİ nefti maksimum 54,81 dollardan satılıb ki, bu da illik ən yüksək qiymətdən cəmi 70 sent ucuzdur.
Birjalarda son hərraclar bu gün axşam saatlarında keçiriləcək. Ötən həftənin son hərracında “Brent” markalı neftin bir bareli 55,73 dollardan satılmışdı. “Qara qızıl”ın bu həftəni daha yüksək qiymətlə başa vuracağı ehtimal edilir.
OXŞAR XƏBƏRLƏR
13:58
226
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
402
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
438
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
17:05
996
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
1093
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
1026