Həftənin son məzənnəsi açıqlandı

Azərbaycan Mərkəzi Bankı fevralın 24-ü üçün dolların rəsmi məzənnəsini açıqlayıb.

 

APA TV-nin məlumata görə, dolların rəsmi məzənnəsi artaraq 1,7475 manat səviyyəsində müəyyən olunub.

 

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası artaraq 1,8490 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1933 manatdır. Beləliklə, funt sterlinqin də məzənnəsində artım baş verib.

 

Rusiya rublu, Türkiyə lirəsi və Gürcüstan larisi də bahalaşıb. Hazırda 1000 rubl 30 manat 30 qəpik, 100 lirə 48 manat 88 qəpik, 100 lari isə 67 manat 55 qəpikdir.
 

Azərbaycan Mərkəzi Bankı rəsmi məzənnələri həftə içi hər gün açıqlayır. Həftəsonu isə üçgünlük məzənnə açıqlanır.

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR