Ağ Ev: Bakı görüşündən məmnunuq
Dövlət Departamentinin rəhbəri Reks Tillerson Rusiya XİN rəhbəri Sergey Lavrovla Almaniyadakı görüşündə ABŞ Baş Qərargah rəisi Cosef Danfordla rusiyalı həmkarının Azərbaycanda baş tutan görüşünü yüksək dəyərləndirib.
APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat xidmətinin rəsmi nümayəndəsi Şon Spayser bildirib.
Bundan əvvəl Pentaqon yaydığı açıqlamada qeyd edib ki, Danford Gerasimovla fevralın 16-da Bakıda keçirdiyi görüşdə arzuolunmaz münaqişələrdən qaçılmasına yönələn tədbirlərə dair təmasların intensivləşdirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.
Rusiya Müdafiə Nazirliyi isə yaydığı məlumatda bildirmişdi ki, görüşdə Rusiya və ABŞ-ın hərbi fəaliyyətlərinin təhlükəsizliyinin artırılması, gərginliyin və insidentlərin baş vermə riskinin azaldılması üzrə işin istiqaməti müəyyənləşdirilib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı