Binədə qadın satıcı siqaret almaq istəyən müştərini bıçaqladı
Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozu ərazisində bıçaqlanma hadisəsi qeydə alınıb.
APA TV-nin məlumatına görə, həmin ərazidə yerləşən mağazalardan birinə siqaret almaq məqsədilə daxil olan müştəri bıçaqlanıb.
Xəsarət alan şəxs 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.
Yaralının həkimlərə verdiyi məlumata görə, onunla satıcı arasında siqaretin qiyməti ilə bağlı mübahisə yaranıb. Mübahisə zəminində qadın satıcı 1974-cü il təvəllüdlü Ağaverdiyev Yalçın Ağamalı oğluna xəsarət yetirib.
Xəsarət alan şəxs bıçaqlandığını evə gəldikdən sonra hiss edib. Dərhal əməliyyata götürülən Y. Ağaverdiyevin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
OXŞAR XƏBƏRLƏR
13:58
225
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
400
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
437
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
17:05
996
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
1093
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
1025