Ot presleyen aqreqat 36 yaşlı kişini ağır yaraladı
Qax rayonunda bədbəxt hadisə baş verib. Ot presləyərkən ehtiyatsızlıq edən Qax rayon sakini ağır yaralanıb. APA TV-nın məlumatına görə, hadisə rayonun Fıstıqlı kəndində baş verib. Kənd sakini, 36 yaşlı Məmməd Əzimov ot presləyən aqreqata yaba ilə ot atarkən, ehtiyatsızlıqdan traktorla texnika arasındakı kardan deyilən hissəyə toxunub. İşlək vəziyyətdə olan mexanizm Məmməd Əzimovu fırladaraq ağır yaralayıb. Hadisə zamanı Məmməd Əzimovun yanında azyaşlı övladı olub və atasının əlindəki ot yabasının mexanizmə dəydiyini və sonradan paltarının da ilişərək onu çəkdiyini görüb. Uşağın qışqırığını eşidənlər traktoru söndürüblər. Məmməd Əzimov dərhal Qax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan APA TV-yə verilən məlumata görə, Məmməd Əzimovun üzərində cərrahiyyə əməliyyatı aparılıb, müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində davam etdirilir. Hazırda Məmməd Əzimovun vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı Qax rayon Prokurorluğunda araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR
Naxçıvandakı 300 İLLİK EVİN SİRRİ: Bu evdə ermənilər də yaşayıb
Razi Nurullayev bəzi məmurları tənqid etdi: “Dostbazlıq, yerlibazlıq…”
Prezident Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi
Sabaha gözlənilən hava proqnozu açıqlandı
İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi