Şəhid əsgərimiz Şəmkirdə torpağa tapşırıldı
Şəmkirdə Azərbaycan Ordusunun şəhid olan əsgərinin dəfn mərasimi keçirilib.
APA TV-nin qərb bürosunun məlumatına görə, ötən gün erməni silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində şəhid olan Silahlı Qüvvələrin hərbçisi, 1997-ci il təvəllüdlü Xanoğlan Xəlilov bu gün anadan olduğu Şəmkir rayonunun Seyidlər kəndində torpağa tapşırılıb.
Dəfn mərasimində rayon İcra Hakimiyyəti başçısı, ictimaiyyət nümayəndələri, kənd sakinləri, şəhidin hərbçi yoldaşları, xidmət etdiyi hərbi hissəsinin zabitləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları iştirak ediblər.
Çıxış edənlər şəhidin döyüş yolundan danışaraq, onun mərd, vətəni sevən biri olduğunu qeyd bildiriblər. Qeyd edilib ki, Xanoğlan Xəlilov hər kəsə nümunə sayılacaq hərbçi olub.
Sonra şəhid Seyidlər kənd qəbiristanlığında yaylım atəşi ilə torpağa tapşırılıb.
Şəhidin tabutunun büküldüyü Azərbaycan bayrağı atasına təqdim edilib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı