Azərbaycan prezidenti İtaliyanın iqtisadi inkişaf naziri ilə görüşüb

Fevralın 23-də Azərbaycan prezidenti İlham Əliyevin İtaliyanın iqtisadi inkişaf naziri Karlo Kalenda ilə görüşü olub.

 

APA TV xəbər verir ki, prezident İlham Əliyev İtaliyanın Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısında fəal iştirakının əhəmiyyətinə toxunaraq bildirib ki, bu, müxtəlif sahələrdə sürətlə inkişaf edən əməkdaşlığımızın daha bir göstəricisi olmaqla yanaşı, “Cənub Qaz Dəhlizi” layihəsinin uğurla həyata keçirilməsi baxımından da çox əhəmiyyətlidir.

 

Azərbaycanla İtaliya arasında tərəfdaşlığa dair Bəyannamənin qəbul edildiyini deyən dövlət başçısı diqqətə çatdırıb ki, hazırda siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə əməkdaşlığımız ən yüksək səviyyədədir və ölkələrimiz arasında əlaqələrin inkişafı şaxələndirilir.

 

Karlo Kalenda ölkəsi üçün önəmli olan TAP layihəsinin həyata keçirilməsinə görə İtaliya hökuməti adından dövlət başçısına minnətdarlığını çatdırıb.

 

Söhbət zamanı ölkələrimiz arasında energetika, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub. Bildirilib ki, İtaliya Azərbaycandan böyük həcmdə neft və enerji məhsulları idxal edir.

 

Diqqətə çatdırılıb ki, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev ilə İtaliyanın “Leonardo” şirkətinin baş icraçı direktoru və baş meneceri Mauro Moretti arasında keçirilən görüşün nəticəsi olaraq, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısı zamanı SOCAR ilə həmin şirkət arasında əməkdaşlığa dair memorandum imzalanacaq.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR