Makkeyn Ərdoğanla görüşmədən əvvəl gizlicə Suriyaya gedib

ABŞ senatoru Con Makkeyn Türkiyədə Ərdoğanla görüşməzdən əvvəl Suriyanın Kobani şəhərinə gedib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu gün ortaya çıxan xəbərdə senatorun səfərini mətbuatdan gizli həyata keçirdiyi məlum olub.

 

Respublikaçılar Partiyasının liderlərindən olan və "Fərat qalxanı" hərəkatına qarşı çıxan Makkeyn Kobanidə ABŞ-lı nümayəndələr, kürd qüvvələri, müxalif döyüşçülər və bölgənin nüfuzlu şəxsləri ilə görüşüb. 

 

Senatorun sözçüsü Tarallo Makkeynin ziyarətini "Suriya və İraqdakı dinamik şərtləri yerində dəyərləndirmək üçün ələdüşməz fürsət" kimi dəyərləndirib.

 

Səfər ABŞ ordusunun köməyi ilə təşkil olunub.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR