23 fevralı bayram kimi qeyd edirsinizmi? - SORĞU
Bu gün fevralın 23-dür. SSRİ dövründə bu gün Sovet Ordusu və Hərbi Dəniz Qüvvələrinin yaradılması günü idi və bayram kimi qeyd olunardı. Müstəqillik dövründə 23 fevral təqvimin rəsmi bayramları sırasından çıxarıldı və uzun illər xatırlanmadı. İnsanlar 1920-ci ilin aprelində Azərbaycanı işğal edən, 1990-cı ilin 20 yanvarında Bakıda qırğın törədən, 1992-ci ilin 26 fevralında Xocalı soyqırımını törədən bir ordunun yaradılış gününü bayram kimi qəbul etmədi. Amma son illər sosial şəbəkələrdə yenidən 23 fevralla bağlı təbriklər yazanlara rast gəlinir.
Bəs görəsən, paytaxt sakinləri necə, 23 fevralı bayram kimi qeyd edirmi?
- 23 fevralı bayram kimi qəbul edirdik, amma indi mən fikirləşirəm ki, Qarabağı alandan sonra daha düzgün olardı biz bu bayramı kişilərimizə həsr edək.
- Düzdür, bayram kimi bayramdır, amma indiki vaxtda qəbul eləmirəm.
- Köhnə sovetin bayramıdır da. İndi müstəqil ölkəyik. Öz dövlətimiz var, hərbimiz var.
- Kişilər bayramıdır da, mən edirəm. Çünki köhnə sovet adamıyam, buna görə də edirəm.
- Sovet dövründən qalmadı da. Əvvəllər edirdik. İndi heç bir şeyin dadı-duzu qalmayıb. Məktəb vaxtı oğlanlara hədiyyə verirdilər. Hörmət olan yerdə hər gün bayramdır.
- O köhnə adətlərdir. O kişilər günü deyil. Hər bir kişinin borcudur vətənini qorumaq. Kişilər günü, ümumiyyətlə, düzgün deyil axı. Qadınlar günü ediblər, heç o da düzgün deyil.
- Bizim bayram deyil. Bizim adət-ənənəyə uyğun deyil. Başqa cür dünyagörüşü olan insanların bayramı kimi qeyd olunur. Bizə uyğun 9 maydır.
- Sovet dövründə bu bayramı geniş qeyd edirdik. İndi Rusiyada və digər dövlətlərdə bu qeyd olunur. Amma bizdə nədənsə qıraqda qalıb bu bayram. Məncə, bu düz deyil. Biz niyə qeyd edirik?
- 23 fevral Sovet Ordusunun yaranması günüdür. Uzun illər Sovetlər Birliyində yaşayanlar, o orduda xidmət edənlər bunu bayram kimi qeyd ediblər. Amma əslində Azərbaycan ordusunun yaranma günü deyil tarixi deyil. Azərbaycan Ordusunun yaranma günü 1918-ci ilin 26 iyununa təsadüf edir. Kişilər günü kimi, yox Milli Ordunun yaranma günü kimi qəbul edirəm. Kişilər onu özlərinə alternativ variant kimi, seçiblər. Kişilər gününə əlaqəsi yoxdur.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı