Lerikdə faciə: ev qar uçqununun altında qaldı, bir ailə məhv oldu

Lerik rayonunda qar uçqunu baş verib.

 

Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikovun APA TV-nin Cənub bürosuna verdiyi məlumata görə, hadisə rayonun Orat kəndində qeydə alınıb.

 

Kənd sakini Mustafayev Əhliman Həbulla oğluna məxsus evin üzərinə qar yığınının düşməsi nəticəsində ev sahibinin 1961-ci il təvəllüdlü həyat yoldaşı Şövkət Mustafayeva, 1994-cü il təvəllüdlü gəlini İlahə Mustafayeva, nəvələri - 2015-ci il təvəllüdlü Zəhra Qasım qızı Mustafayeva və 2016-cı il təvəllüdlü Uğur Qasım oğlu Mustafayev ölüb.

 

Hadisə baş verən anda evdə 6 nəfərin olduğu, onlardan iksinin xilas edildiyi bildirilir.

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR