ABŞ müsəlmanları pul yığmağa başladı: yəhudilər üçün

ABŞ-dakı müsəlman fəallar Missuridəki yəhudi məzarlığının bərpası üçün vəsait toplayıb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, təşəbbüs Linda Sarsur və Tarix əl-Messidi tərəfindən irəli sürülüb.  Ümumilikdə 3000 fəalın topladığı vəsaitin məbləği 90 min dollar təşkil edir.

 

Fəallar başladıqları kampaniyanın 20 mart tarixinədək davam edəcəyini, qalan vəsaitin isə vandalizmdən zərər görmüş digər yəhudi mərkəzlərinə köçürüləcəyini bildirib.

 

Xatırladaq ki, rəsmilər bazar ertəsi Sent-Luisdə yerləşən məzarlığa vandal hücumu zamanı 170-dən çox məzarın dağıdıldığını bildirib.

 

Hadisəyə ABŞ prezidenti Donald Tramp, eləcə də vitse-prezident Mayk Pens kəskin reaksiya verərək, bu cür hallarla mübarizə aparılmasının vacibliyini vurğulayıblar. 

 

Hazırda Federal Təhqiqatlar Bürosu yəhudi mərkəzləri və məzarlıqlara qarşı törədilən vandalizm aktları ilə bağlı araşdırma aparır.

 

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR